Venesuela və Çin neft hasilatını birgə artırmağa qərar verib

Venesuela və Çin neft hasilatını birgə artırmağa qərar verib OPEC-in 30 noyabr sammiti fiaskoya uğraya bilər
Energetika
18 Noyabr , 2016 18:30
Venesuela və Çin neft hasilatını birgə artırmağa qərar verib

Bakı. 18 noyabr. REPORT.AZ/ Venesuela höküməti Çinin CNPC neft-qaz şirkəti ilə birgə fəaliyyət çərçivəsində ölkədə gündəlik neft hasilatını 280 min barel artırmağa qərar verib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun üçün Çin şirkəti Venesuelaya 2,2 mlrd. ABŞ dolları investisiya qoymağı planlaşdırır.

Müvafiq razılaşma noyabrın 17-də Venesuelanın neft naziri Euloxio del Pino və CNPC-nin Direktorlar Şurasının sədri Van İlin tərəfindən paytaxt Karakasda imzalanıb. 

Mərasimdə çıxış edən Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, saziş gündəlik hasilatın həcmini 800 min barelə çatdırmağa imkan verəcək. 

Qeyd edək ki, Çin şirkətinin ayıracağı vəsaitin bir hissəsi Çində, gündəlik emal gücü 400 min barel olacaq neftayırma zavodunun tikintisinin tamamlanmasına, qalan hissəsi isə Venesuelada "Petrozumano", Petrourica" və birgə müəssisə olan "Sinovensa"nın hasilat həcminin artırılmasına yönəldiləcək.

Bu razılığın rəsmiləşdirilməsi Venesuelanın neft hasil edən ölkələri hasilatı məhdudlaşdırmağa dəvət etdiyi bir vaxtda baş verib. Nəticədə hasilatın azaldılması ilə bağlı noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) sammiti fiaskoya uğraya bilər. 

Son xəbərlər

Orphus sistemi