Venesuela OPEC+ ölkələrini yeni qiymət mexanizmi hazırlamağa çağırıb

Venesuela OPEC+ ölkələrini yeni qiymət mexanizmi hazırlamağa çağırıb Yeni mexanizm neft fyuçersləri ilə spekulyasiyaların qarşısını ala bilər
Energetika
4 Oktyabr , 2017 13:36
Venesuela OPEC+ ölkələrini yeni qiymət mexanizmi hazırlamağa çağırıb
ALEXANDER KLEIN/AFP/Getty Images

Bakı. 4 oktyabr. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro OPEC+ ölkələrini neft bazarında qiymətləri tənzimləmək üçün valyuta səbətindən istifadə etməyə çağırıb. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə N.Maduro Rusiyada keçirilən energetika həftəsində açıqlama verib.

Onun fikrincə, OPEC+ ölkələri spekulyantlardan asılı olmamaq üçün neft qiymətlərinin formalaşmasında yeni mexanizmlərdən istifadə etməlidir: "Rusiya, İran, Səudiyyə Ərəbistanı, Əlcəzair və Venesuela demək olar ki, hər gün neft bazarını birgə təhlil edir. Həmçinin, neft qiymətlərinin gələcəyi üçün yeni mexanizm imkanlarını da araşdırırıq. Əvvəllər OPEC çərçivəsində belə bir hadisə olmayıb. Neft bazarını idarə etmək üçün yeni mexanizmlərin işlənib hazırlanması zərurirəti yaranıb. Bu mexanizm, neft fyuçersləri ilə spekulyasiyaların qarşısını almaq üçün vacibdir".

N.Maduro əlavə edib ki, Venesuela neft satışında valyuta səbətini tətbiq etməyə başlayıb: "Bu səbətdə yuan, rubl, avro və dollardan istifadə olunur. Valyuta səbəti bazarda yeni parametrlərin tətbiqinə imkan yaradır".

Son xəbərlər

Orphus sistemi