Venesuela OPEC-ə hasilatı 4 dəfə çox azaltmağı təklif edib

Venesuela OPEC-ə hasilatı 4 dəfə çox azaltmağı təklif edib Məsələnin mayın 24-25-də Vyanada müzakirəsi mümkündür
Energetika
13 May , 2017 12:46
Venesuela OPEC-ə hasilatı 4 dəfə çox azaltmağı təklif edib

Bakı. 13 may. REPORT.AZ/ Venesuela OPEC təşkilatının üzvü olan ölkələrə neft hasilatını 4 dəfə daha çox, 5 mln. barel/gün azaltmağı təklif edib. 

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, hazırda OPEC ölkələri neft hasilatını gündəlik 1,2 mln. barel azaltmağı öhdəlik kimi qəbul edib. Bu saziş OPEC-in 30 noyabr 2016-cı ildə Vyanada keçirilən sammitində imzalanıb.

Venesuelanın qüvvədə olan sazişə əsasən neft hasilatını azaltmaq barədə öhdəliyi gündəlik 95 min barel olsa da, aprel ayında hasilatı 116 min barel/gün azaldaraq 1,956 mln. barel/günə salıb.

Venesuelanın PVDSA dövlət neft-qaz şirkətindən bildirilib ki, rəsmi Karakasın bu təklifi hələlik OPEC tərəfindən dəstəklənməyib.

Qeyd edək ki, "Bloomberg" agentliyinin bir qədər əvvəl yaydığı məlumata görə, OPEC üzvü olan ölkələr mayın 24-25-də Vyanada keçiriləcək növbəti sammitdə nəinki neft hasilatının azaldılması barədə anlaşmanın uzadılmasını, hətta hasilatın bir qədər radikal şəkildə azaldılmasını müzakirə edə bilər. 

Son xəbərlər

Orphus sistemi