Vahid Ələkbərov: "Neftin bir barelinin qiyməti 60 dollar səviyyəsində saxlanılmalıdır"
Energetika
- 06 dekabr, 2018
- 08:28
Bakı. 6 dekabr. REPORT.AZ/ "Neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində olması həm istehsalçıların, həm də istehlakçıların tələbatını ödəyir və yanvar ayında o, bu səviyyədə saxlanılmalıdır".
"Report" xəbər verir ki, bunu "Lukoyl"un rəhbəri Vahid Ələkbərov "Bloomberg"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya təklifin azaldılmasını qəbul etsə, "Lukoyl"a müvafiq təlimatları tam yerinə yetirmək üçün üç-dörd ay vaxt lazım olacaq.
Hazırda "Lukoyl" neft hasilatını 2019-cu ildə 1% artırmağı planlaşdırır.
V.Ələkbərov bildirib ki, OPEC+ səviyyəsində neft hasilatının azaldılması üzrə qərar qəbul edilərsə, şirkət də planlarını korrektə edəcək.
"Ümid edirəm ki, belə tədbirlər görməyə ehtiyac olmayacaq", - o Vyanada bildirib.
Son xəbərlər
10:20
AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
Maliyyə10:17
Foto
Video
"İrşad"da "Yaşıl Günlər" başladı!
Biznes10:15
EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb
ASK10:14
"Birmarket"in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Biznes10:10
Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol10:09
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Energetika10:04
Foto
Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
Daxili siyasət09:50
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb
Ekologiya09:49