Vahid Ələkbərov: "LUKoil" OPEC+ çərçivəsində neft hasilatını gündəlik 47 min barel azaldacaq"

Vahid Ələkbərov: "LUKoil" OPEC+ çərçivəsində neft hasilatını gündəlik 47 min barel azaldacaq" Bakı. 14 fevral. REPORT.AZ/ LUKoil mart ayının sonuna qədər OPEC+ çərçivəsində neft hasilatının gündəlik 47 min barel azaldılması səviyyəsinə çatacaq.
Energetika
14 Fevral , 2019 16:49
Vahid Ələkbərov: LUKoil OPEC+ çərçivəsində neft hasilatını gündəlik 47 min barel azaldacaq

Bakı. 14 fevral. REPORT.AZ/ "LUKoil" mart ayının sonuna qədər OPEC+ çərçivəsində neft hasilatının gündəlik 47 min barel azaldılması səviyyəsinə çatacaq.

"Report" xəbər verir ki, bu barədə "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.

O həmçinin qeyd edib ki, OPEC+ sazişi çərçivəsində Rusiyanın neft hasilatının azalması ölkənin bazar payını itirməsinə gətirib çıxarmayacaq.

OPEC+ ölkələrinin ötən il dekabrın 7-də qəbul etdikləri qərara əsasən, alyans bu ilin birinci yarısında hasilatı 1,2 milyon barel azaldacaq. Rusiya isə bu həcmin 228 min barellik payını üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi