UNEC gələn il "Azeri Light" markalı neftin orta qiymətinin 65 dollar/barel olacağını proznozlaşdırır

UNEC gələn il "Azeri Light" markalı neftin orta qiymətinin 65 dollar/barel olacağını proznozlaşdırır 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiyməti proqnozlaşdırılıb
Energetika
30 Noyabr , 2016 15:52
UNEC gələn il Azeri Light markalı neftin orta qiymətinin 65 dollar/barel olacağını proznozlaşdırır

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb.

Ali təhsil müəssisəsindən “Report”a verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb. Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mən­bə­lə­rinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi münaqişələr, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.

Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib.

“Azeri Light” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir:

İl min orta max
2016 34 49.5 57
2017 48 65 81
2018 67 80,3 94
2019 62 76 79
2020 45 72 98

Son xəbərlər

Orphus sistemi