"Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilib

"Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilib Quyudan gündəlik 1 mln. kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənilir
Energetika
28 Dekabr , 2016 16:44
Ümid” yatağında yeni yüksək hasilatlı quyu istismara verilib

Bakı. 28 dekabr. REPORT.AZ/ “Ümid” yatağında yeni yüksək hasilatlı 14 nömrəli qaz-kondensat quyusu istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədi ilə ötən ilin mart ayından qazılmasına başlanan quyu 6 352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılıb. 6 317-6 282 metr dərinlik intervalında perforasiya işləri aparılıb və quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilib. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır. Quyudan gündəlik 1 mln. kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənilir: "Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir". 

Qeyd edək, hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.     

 "Ümid" qaz kondensat yatağını SOCAR 2010-cu ildə kəşf edib. Bu yataq müstəqillik illərində SOCAR-ın kəşf etdiyi ilk yataqdır. İlkin məlumatlara görə, "Ümid" yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmindədir.                       

Son xəbərlər

Orphus sistemi