“Ukrtransnafta” baş nazirdən Azərbaycan neftinin nəqli üçün icazə istəyir

“Ukrtransnafta” baş nazirdən Azərbaycan neftinin nəqli üçün icazə istəyir Nəql üçün hökumətin razılığı tələb olunur
Energetika
4 Noyabr , 2016 16:54
“Ukrtransnafta” baş nazirdən Azərbaycan neftinin nəqli üçün icazə istəyir

Bakı. 4 noyabr. REPORT.AZ/ “Ukrtransnafta” ASC Odessa-Kremençuq boru kəmərinin bir hissəsini dolduran “Urals” neftinin “Azeri Light” nefti ilə əvəz olunmasına icazə verilməsinin tezləşdirilməsi üçün Ukrayna baş naziri Vladimir Qroysmana müraciət edib.

“Report” “OilNews”a istinadən xəbər verir ki, məktubu şirkətin baş direktoru səlahiyyətlərini icra edən Andrey Pasişnik yazıb.

Məktubda qeyd olunub ki, hökumətin icazəsi olmadan şirkət Azərbaycan neftinin Kremençuq Neft Emalı Zavoduna (NEZ) növbəti aydan planlaşdırılan nəql sövdələşməsini yerinə yetirə bilməyəcək: “Razılığın yerinə yetirilməsi yolunda əsas problem 2001-ci ildən Odessa-Kremençuq kəmərində bütün neft, eyni zamanda 262 min ton həcmində “Urals” markalı neftin mühasibatlıq hesabatında ASC-nin əsas aktivi kimi təqdim olunmasıdır. Buna görə də qanunvericiliyə uyğun olaraq əsas aktivlərin ayrılması Nazirlər Kabinetinin qərarı ilə olmalıdır ya da ümumiyyətlə qadağan olunmalıdır”.

Qeyd edək ki, Kremençuq zavoduna ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan neftinin nəqli ilə bağlı noyabrın 2-də “Ukrtransnafta” və “Ukrtatnafta” (zavodun operatoru) arasında niyyət protokolu imzalanıb. 

Son xəbərlər

Orphus sistemi