Yuxarı
    Bağlamaq

    Ukraynanın pulunu ödədiyi qaz dörd gün sonra qurtaracaq

    Bu barədə “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller məlumat verib

    Bakı. 11 noyabr. REPORT.AZ/ Ukraynanın Rusiyaya əvvəlcədən pulunu ödədiyi təbii qaz dörd gün sonra qurtaracaq.

    Bu barədə “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller məlumat verib. O, mövcud ehtiyatın Ukraynanın təbii qaz şirkəti “Naftoqaz”ın “Qazprom”dan əvvəlcədən ödəmə ilə aldığı qazın noyabrın 14-nə qədər görəcəyini deyib.

    Maliyyə problemləri ilə əlaqədar “Naftoqaz”ın Rusiyadan aldığı təbii qaz miqdarında noyabrın əvvəlinə görə 4 qat azalma olduğunu və gündəlik 10 milyon kubmetrə qədər gerilədiyini deyən A.Miller şirkətin Avropadan aldığı qazın miqdarında da azalma olduğunu bildirib.

    Qeyd edək ki, Rusiya üç aylıq fasilədən sonra oktyabrda Ukraynaya təbii qaz ixracını bərpa edib. Sentyabrın sonlarında Rusiya ilə Ukrayna təbii qazın alqı-satqısının bərpa edilməsi ilə bağlı razılığa gəliblər. Razılaşmaya görə, Rusiya satdığı qazın qiymətində endirim edəcək və bu il oktyabrın 1-dən satdığı qazın hər min kubmetrinə görə 234 ABŞ dolları alacaq.

    Xatırladaq ki, bu il iyulun 1-də Rusiya min kubmetr təbii qaz üçün Ukraynaya 247 dollar təklif etmişdi. Keçənilki qışda olduğu kimi cari ildə də 100 dollarlıq endirim istəyən Ukrayna isə bu təklifi rədd etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi