Bakı. 25 avqust. REPORT.AZ/ Ukraynada yanacaqdoldurma məntəqələrinə sahib olan bir çox şirkətlər yanacağın qiymətini 2-3 qəpik (0,50-0,60 Ukrayna qrivnası) ucuzlaşdırıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Qeyd edək ki, bu məlumatlar "A-95" konsaltınq qrupunun apardığı araşdırmalar zamanı ortaya çıxıb.
"Dizelin qiymətində müşahidə edilən ucuzlaşma benzinin qiymətinə də təsir edəcək", - "A-95"in nümayəndəsi Sergey Kuyun deyib.
Qeyd edək ki, Ukraynada
Xatırladaq ki, açıqlanan statistikaya görə, yanvar-iyun aylarında Ukrayna 2,187 mlrd. dollar dəyərində neft məhsulu idxal edib. Mütəxəssislər Ukrayna bazarında idxal yanacağının payının 80% olduğunu açıqlayıb.