"Ukrayna Rusiyanın neft-qaz bazarından Azərbaycan bazarına yönəlməkdə maraqlıdır".
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.
“Neft qaz məhsullarının 98 faizini Azərbaycandan alırıq. Rusiya bazarı əvəzinə Azərbaycan bazarına yönəlmək bizim üçün çox əhəmiyyətlidir. Fikrimcə, bunlar heç də son hədd deyil, daha iddialı planlarımız var. Azərbaycan yanacağını
O, hazırda
V.Kanevski bu gün Ukraynada SOCAR brendi ilə 60-a yaxın yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyini, yüksək tələbatla bağlı onların sayının 100-ə çatdırmağı nəzərdə tutduqlarını vurğulayıb: “Bildiyiniz kimi, SOCAR Ukraynada qaz operatorlarından biridir. Bu da ölkələrimiz arasında enerji əlaqələrinin inkişaf etdiyini göstərir. Bu tipli Azərbaycan məhsullarına Ukraynada böyük tələbat var”.