Yuxarı

Ukrayna "Qazprom" şirkətini 3,5 mlrd. dollar cərimələyib

Ukrayna Antiinhisar Komitəsi bu barədə qərar qəbul edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ukraynanın Antiinhisar Komitəsi Rusiyanın "Qazprom" şirkətinin 85 mlrd. qriven (3,47 mlrd. dollar) məbləğində cərimələnməsi barədə qərar qəbul edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Komitənin sədri Yuri Terentyev bildirib.

Qeyd olunub ki, "Qazprom" qaz tranziti bazarında inhisarçı vəziyyətindən sui-istifadə edib.

Xatırladaq ki, Ukraynanın "Naftoqaz" şirkəti daha öncə "Qazprom" şirkətinin tranzit bazarından sui-istifadə etməsindən zərərin həcminin 6 mlrd. dollar olduğunu qeyd edib. Ukraynanın Antiinhisar Komitəsi 2009-2015-ci illərdə "Qazprom" şirkətinin "Naftoqaz" şirkəti ilə sazişin şərtlərini pozduğunu açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi