Ukrayna ərazisindən Rusiya qazının tranzit həcmi 23 % arta bilər

Ukrayna ərazisindən Rusiya qazının tranzit həcmi 23 % arta bilər Ukrayna ərazisindən Rusiya qazının tranzit həcmi gündəlik 63,25 milyon kubmetr təşkil edə bilər.
Energetika
19 May , 2022 11:17
Ukrayna ərazisindən Rusiya qazının tranzit həcmi 23 % arta bilər

Ukrayna ərazisindən Rusiya qazının tranzit həcmi gündəlik 63,25 milyon kubmetr təşkil edə bilər.

"Report” xəbər verir ki, bu barədə “Ukraynanın Qaz Nəqli Sisteminin Operatoru”nun məlumatında deyilir.

Belə ki, bugünkü həcm dünən Ukrayna ərazisindən keçməklə nəql edilmiş 51,6 milyon kubmetrdən 22,6% artıq ola bilər.

Xatırladaq ki, hazırda “Qazprom” Avropaya qaz ötürülməsini yalnız “Suca” stansiyası vasitəsilə həyata keçirir.

Son xəbərlər

Orphus sistemi