Yuxarı

​Ucar və Yevlax rayonlarının daha üç yaşayış məntəqəsinə qaz verilib

Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İB-nin təmsilçiləri iştirak ediblər

Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Ucar rayonunun Qulabənd kəndinə, eləcə də Yevlax rayonunun Havarlı kəndinə və Türklər məhəlləsinə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ucar rayonunun 306 abonenti olan Qulabənd kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 17 976 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun 496 abonentlik Havarlı kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar keçirilmiş tədbirdə qeyd olunub ki, birpilləli sistem əsasında 33 087 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 496 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yevlax rayonunun Yədilli kəndi ərazisindəki 25 abonenti olan Türklər məhəlləsinə də ilk dəfə təbii qaz verilib. Məlumata görə, məhəllənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 821 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 25 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi