Yuxarı

Ucar rayonunun 4 kəndinə ilk dəfə qaz verilib

Ümumilikdə, 682 abonent qazla təmin olunub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Ucar rayonunun Ənvər Məmmədxanlı, Türkəçi, Pirkənd və Müsüslü kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report" Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 682 abonent qazla təmin olunub.

Kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 91 150 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi