Üç ölkədən Azərbaycana polietilen idxalı bərpa edilib

Energetika
  • 28 dekabr, 2022
  • 06:53
Üç ölkədən Azərbaycana polietilen idxalı bərpa edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 120,3 milyon ABŞ dolları dəyərində 93 min 838 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 20 % azdır.

Azərbaycandan Rusiyaya 39,753 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 19 % azdır) 25 min 225 ton (-33,4 %), Türkiyəyə 39,444 milyon ABŞ dolları dəyərində (+24 %) 33 min 668 ton (+27 %), Çinə 22,456 milyon ABŞ dolları dəyərində (-3 %) 21 min 375 ton (-11 %), Litvaya 4,634 milyon ABŞ dolları dəyərində (-54 %) 3 min 162 ton (-56 %), Ukraynaya 4,374 milyon ABŞ dolları dəyərində (-56 %) 3 min 528 ton (-56,4 %) məhsul göndərilib.

Hesabat dövründə Azərbaycana 49,869 milyon ABŞ dolları dəyərində 35 min 221 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) gətirilib.

İrandan 34,9 milyon ABŞ dolları dəyərində (+81 %) 26 min 301 ton (+66,6 %), Səudiyyə Ərəbistanından 5,337 milyon ABŞ dolları dəyərində (+51 %) 4 min 444 ton (+40 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,376 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 min 129 ton (+87 %), İsveçdən 1,263 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 433,33 ton (+4,7 dəfə), Rusiyadan 1,216 milyon ABŞ dolları dəyərində (+14 dəfə) 762 ton (+12,5 dəfə) məhsul alıb.

İki il 7 ayın tamamında İspaniyadan, 1 il 3 aylıq fasilənin ardından İsveçrədən və 1 il 1 aydan sonra Qətərdən tədarük bərpa edilb. Həmin ölkələrdən müvafiq olaraq 9,52 min ABŞ dolları dəyərində 4,12 ton, 337,38 min ABŞ dolları dəyərində 131 ton və 542,79 min ABŞ dolları dəyərində 322,1 ton polietilen idxal edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti