Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 18-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qəbələ”, “Göyçay-3”, “Cırdaxan” və “Yeni Yevlax”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Göyçay rayonunun Mirzəhüseyinli, Bərdə rayonunun Yeni Daşkənd, Zümürxan, Yevlax rayonunun Cirdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yevlax, Tərtər, Lerik və Qəbələ rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.