Türkmənistanda ilk yeraltı qaz anbarı tikiləcək

Türkmənistanda ilk yeraltı qaz anbarı tikiləcək Türkmənistanda ilk yeraltı qaz anbarı tikiləcək.
Energetika
14 Yanvar , 2023 09:49
Türkmənistanda ilk yeraltı qaz anbarı tikiləcək

Türkmənistan hökuməti ölkədə ilk yeraltı qaz anbarının tikilməsini planlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə “Neytralnı Turkmenistan” nəşri məlumat yayıb. 

Məlumata görə, Türkmənistanın Baş nazirin müavini Şahım Abdrahmanov hökumətin iclasında bildirib ki, bu məqsədlə beynəlxalq təcrübəyə uyğun olaraq, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, həmçinin layihələndirmə və tikinti işləri üçün beynəlxalq konsaltinq şirkətlərinin cəlb olunması nəzərdə tutulur.

Xatırladaq ki, Türkmənistan Rusiya, İran və Qətərin ardınca dünyada ən çox təbii qaz ehtiyatlarına malik dördüncü ölkədir.

Son xəbərlər

Orphus sistemi