Yuxarı

Türkmənistanla Fransa Xəzər dənizi və Azərbaycandan keçməklə boru kəmərinin çəkilməsi layihəsini müzakirə edib

Hər iki ölkə üçün qazın Türkmənistan yataqlarından Aİ ölkələrinə tədarükü layihəsinin həyata keçirilməsi prioritetdir

Bakı. 2 avqust. REPORT.AZ/ Türkmənistan xarici işlər naziri Rəşid Meredov Fransanın adıçəkilən ölkədəki səfiri Patrik Paskal ilə Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə Avropaya tədarükü məsələsini müzakirə edib.

"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı hər iki tərəf ölkələr arasında diplomatik əlaqələrin hərtərəfli genişləndirilməsi və dərinləşməsinin tərəfdarı olduğunu qeyd edib.

"Hər iki ölkə üçün qazın Türkmənistan yataqlarından Aİ ölkələrinə tədarükü layihəsinin həyata keçirilməsi prioritetdir. Eyni zamanda Türkmənistandan Avropa istiqamətində - Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə boru kəmərinin çəkilməsi layihəsi də hazırlanır", - Türkmənistan KİV-i yazıb.

Qeyd edilib ki, Türkmənistanın enerji resurslarının hasilatı və Aİ ölkələrinə daşınmasının iştirakçılarından biri hazırda ölkə rəhbərliyi ilə danışıqlar aparan "Total" şirkəti ola bilər. Bu layihələrə Avropanın başqa energetika şirkəti - "Gas de France" da maraq göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi