Yuxarı

Yunanıstan KİV: ​Türkmənistan TANAP və TAP-a qoşula bilər

KİV: Təbii ki, Qafqazda önəmli rol oynayan ölkə Azərbaycandır

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkmənistanın Trans-Adriatik Boru Kəməri (TAP) və Trans Anadolu Boru Kəməri (TANAP) layihələrinə qoşulması mümkündür. "Report"un Yunanıstanın "Liveral.gr" saytına istinadən verdiyi xəbərə görə, bunun üçün region ölkələrinin enerji təhlükəsizliyi təmin edilməlidir.

Məlumata görə, Rusiya ilə Türkiyə arasında "Su-24" döyüş təyyarəsinin vurulması ilə başlanan konflikt Cənubi Qafqaz regionunun əhəmiyyətini artıracaq.

Sayt həmçinin Qərbin dəstəklədiyi TAP və TANAP layihələrinin reallaşması üçün münbit şərait yarandığını, "Türk axını"nın isə reallaşmasının sual altında qaldığını açıqlayıb: "Təbii ki, Qafqazda önəmli rol oynayan ölkə Azərbaycandır. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə yaxşı münasibətləri var. Rusiya həm də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Azərbaycanla Ermənistan arasında vasitəçidir".

Sayt iddia edir ki, Azərbaycanın aktivliyini artırması gələcəkdə Rusiya tərəfindən neqativ qiymətləndirilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi