Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Türkmənistanda 773 km uzunluğunda Şərq-Qərb qaz kəməri istismara verilib. "Report" xəbər verir ki, qaz kəmərinin inşası 2,5 mlrd. dollara başa gəlib.
Boru kəmərinin illik ötürücülük qabiliyyəti 30 mlrd. kubmetr təşkil edir. Boru kəməri ilə "Qalkınış" və "Dövlətabad" yataqlarından hasil olunan təbii qaz nəql olunacaq.
Gələcəkdə Azərbaycandan keçən Transxəzər qaz kəməri inşa oluna bilər ki, bu, həm də Türkmənistan qazının Avropaya nəqlinə imkan yaradacaq.
Açılış mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, qərb istiqaməti ölkəsi üçün enerji tərəfdaşlığının ən vacib istiqamətlərindəndir.