Bu gün Bakı və Ankara arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə sazişin imzalanmasından sonra deyib.
A.Bayraktar Türkiyə ilə Azərbaycanın birgə Bakı-Tbilisi-Ərzurum layihələri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) çərçivəsində əməkdaşlığı davam etdirdiyini xatırladıb.
“Bu layihələr vasitəsilə Bakı və Ankara təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmir, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verirlər. Bugünkü razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik”, - o bildirib.
Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.