Yuxarı
    Bağlamaq

    Türkmənistan Azərbaycandan neft tranzitini artırıb

    Cari ilin yanvar-sentyabr aylarında BTC boru kəməri ilə 4 mln. ton Türkmənistan nefti nəql olunub

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 4 mln. ton Türkmənistan nefti nəql olunub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən "Report"a bildirilib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə, Türkmənistan neftinin tranziti 78,4% və ya 1,758 mln. ton artıb.

    Qeyd edək ki, BTC boru kəməri ilə Türkmənistan nefti 2010-cu il iyul ayından nəql olunur. 

    Hazırda BTC boru kəməri ilə  "Azəri-Çıraq-Günəşli" neft yataqları blokundan neft, "Şahdəniz" qaz-kondensat yatağından kondensat, Xəzərin Azərbaycan sektorunda isə həmçinin Türkmənistan nefti nəql olunur.

    Xatırladaq ki, BTC boru kəmərinin uzunluğu 1 768 km təşkil edir, bunun 443 km Azərbaycan, 248 km Gürcüstan, 1 076 km Türkiyə ərazisinə düşür. BTC boru kəməri layihəsində BP (30,1%), SOCAR (25%), "Chevron" (8,9%), "Statoil" (8,71%), TPAO (6,53%), ENI (5%), "Total" (5%), "Itochu" (3,4%), "ConocoPhilliрs" (2,5%), "Inрex" (2,5%) və ONGC (2,36%) şirkətləri iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi