Türkiyənin ötən il dizel yanacağına olan tələbatının 25 %-ni STAR ödəyib

Türkiyənin ötən il dizel yanacağına olan tələbatının 25 %-ni STAR ödəyib Bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov bildirib
Energetika
30 Mart , 2021 12:52
Türkiyənin ötən il dizel yanacağına olan tələbatının 25 %-ni STAR ödəyib

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilmiş səyahət məhdudiyyəti bütün dünyada olduğu kimi Türkiyədə də reaktiv yanacağa tələbatı 0-a endirib.

“Report” xəbər verir ki, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, STAR neft emalı zavoduntexnoloji avadanlığı sayəsində reaktiv yanacaq istehsalını 100% dizel yanacağı istehsalına çevirib: “Bu dəyişikliyin sayəsində illik 4,6 milyon ton dizel yanacağı istehsalımızı 6 milyon tona çatdırdıq. Beləliklə, Türkiyənin dizelə olan tələbatının 25%-ni STAR qarşıladı. Keçən il istehsalımızı artırdıq və ümumi neft emalı zavodunda istehsalı 10,5 milyon tona çatdırdıq. Bu il 11 milyon ton həcmində istehsal hədəfləyirik".

A.Məmmədov neft-kimya kompleksi tərəfindən tədarük zəncirində bəzi fasilələrin olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, “Petkim”in bütün xammal ehtiyaclarının STAR neft emal zavodu ilə təmin edilməsi sayəsində istehsalı fasiləsiz davam etdirə biliblər.

Pandemiya dövründə neft-kimya məhsullarına tələbatın artdığını dilə gətirən A. Məmmədov deyib ki, "Petkim”dəki bəzi məhsullar tibbi avadanlıqların istehsalında istifadə edildiyi üçün tələbdə də artım müşahidə edilib: “Pandemiya ilə birlikdə termoplastik məhsullara olan tələbatda 17% artım olduğunu müşahidə etdik. Bu dövrdə daxili bazarın ehtiyaclarını ödəmək üçün çox çalışdıq. Hər il ixrac çempionu oluruq. “Petkim” daxili bazara yönəlməyimiz sayəsində ötən il II yerə düşüb”.

Son xəbərlər

Orphus sistemi