Türkiyəli professor: “TANAP Türkiyə və Azərbaycan arasında dostluğu, qardaşlığı daha da gücləndirəcək önəmli layihədir”

Türkiyəli professor: “TANAP Türkiyə və Azərbaycan arasında dostluğu, qardaşlığı daha da gücləndirəcək önəmli layihədir” Bakı. 12 iyun. REPORT.AZ/ “TANAP Türkiyə və Azərbaycan arasında tarixi dostluğu, qardaşlığı daha da gücləndirəcək çox önəmli layihədir”.
Energetika
12 İyun , 2018 14:27
Türkiyəli professor: “TANAP Türkiyə və Azərbaycan arasında dostluğu, qardaşlığı daha da gücləndirəcək önəmli layihədir”
Report
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ “TANAP Türkiyə və Azərbaycan arasında tarixi dostluğu, qardaşlığı daha da gücləndirəcək çox önəmli layihədir”.

Bunu “Report”a Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin müəllimi, professor Gürkan Kumbaroğlu bildirib: “TANAP çox əhəmiyyətli layihədir. 3500 km-lik Cənub Qaz Dəhlizi layihəsinin onurğa sümüyüdür”.

Onun sözlərinə görə, TANAP Türkiyənin təbii qazpaylama mərkəzi olmaq hədəfinə dəstəkdir: "Türkiyənin qazpaylama habı olmaq hədəfi var. TANAP bu istiqamətdə ilk addım hesab olunur”.

Cənub Qaz Dəhlizi layihəsinə gələcəkdə digər qaz mənbələrinin də qoşulması ehtimalı ilə bağlı G. Kumbaroğlu qeyd edib ki, bu məsələ müsbət qarşılanmalıdır. Professorun sözlərinə görə, Avropanın bu qaza ehtiyacı var: “Avropa bazarı çox böyük bazardır. Avropada hasilat azalır. Hətta Avropanın qaza olan tələbatı sabit qalsa belə idxala ehtiyacı artır. Avropada böyük bazar var. Bu bazara Xəzər qazının və digər mənbələrin qazının çatdırılması və bu nəqlin Türkiyə üzərindən həyata keçirilməsi tərəflər üçün əlverişlidir”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. TANAP Türkiyə ərazisindədir. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr nəzərdə tutulub. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Türkiyəyə qaz bu çıxış nöqtəsindən veriləcək. Bu gün Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə bu hissənin açılış mərasimi keçiriləcək.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ilin sonuna Avropa üçün qazı qəbul etməyə hazır olacaq. 

Son xəbərlər

Orphus sistemi