Yuxarı

​Türkiyədə partlayışlarla bağlı xəbərlərə qadağa qoyulub

Son hadisə ilə bağlı Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlama yayacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyədə mediaya partlayış xəbərləri ilə bağlı rəsmi məlumatların verilməsi ilə bağlı bütün dövlət qurumlarına qadağa qoyulub. Bu barədə "Report"a Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliydən məlumat verilib.

Məlumata görə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində baş verən qəzadan sonra Nazirlik Boru Xəttləri ilə Yanacaq Daşıma Şirkətinə (BOTAŞ) bu hadisə ilə bağlı məlumat yaymağı qadağan edib. 

Şirkətdən isə "Report"a verilən açıqlamaya görə, hadisə ilə bağlı məlumatları Nazirlik yayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi