Türkiyədə daha bir neft yatağı tapılıb

Türkiyədə daha bir neft yatağı tapılıb Türkiyənin Adana şəhərində neft yatağı tapılıb.
Energetika
28 Noyabr , 2022 15:30
Türkiyədə daha bir neft yatağı tapılıb

Türkiyənin Adana şəhərində neft yatağı tapılıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Adananın Çukurova bölgəsində tapılan neft ehtiyatlarının həcmi 8-10 milyon barel olduğu proqnozlaşdırılır.

Məlumata görə, yeni aşkar edilən yatağın ehtiyatların ümumi dəyəri 800 milyon ABŞ dollarında olduğu deyilir.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, bu ehtiyatların tapılması çox sevindirici haldır: “Adananın Çukurova bölgəsində üçüncü quyu qazılıb. Burada təxminən 8-10 milyon barel ehtiyatın olduğu bildirilir. Təxminən 350-400 metr dayaz yerlərdən neft çıxarırıq. Bu da demək olar ki, su səviyyəsində olan neftdir. Bu, böyük nemətdir”.

Nazir bildirib ki, bu yatağın dəyəri təxminən 800 milyon ABŞ dollarıdır: “Orada 10 quyu qazılacaq. Ümumilikdə, ola bilsin ki, gündəlik hasilatımız min barelə qədər olsun”.

Son xəbərlər

Orphus sistemi