Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyə bazarında benzin və dizel yanacağının qiyməti qaldırılıb.
“Report” xəbər verir ki, bu barədə Neft məhsulları bazarı iştirakçılarının işəgötürənlər təşkilatından məlumat verilib.
Məlumata görə, benzinin 1 litrinin qiyməti 12 qəpik, dizel yanacağının isə 9 qəpik qaldırılıb. Qiymət dəyişikliyi bu gündən tətbiq ediləcək.
Bu artımla İstanbulda benzinin 1 litrinin qiyməti 5,28 Türkiyə lirəsi (2,46 manat), dizel yanacağının 1 litrinin qiyməti isə 4,52 lirə (2,11 manat) olub.