​Türkiyə TANAP-ın açılışına qədər LNG tankeri kirayələyə bilər

​Türkiyə TANAP-ın açılışına qədər LNG tankeri kirayələyə bilər İnvestorlar bu məsələdə maraqlıdır və hökumətin qərarını gözləyir
Energetika
16 Dekabr , 2015 18:08
​Türkiyə TANAP-ın açılışına qədər LNG tankeri kirayələyə bilər

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyə tezliklə LNG tankeri kirayələyə bilər. "Report" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Məlumata görə, hazırda 11 ölkədə 18 ədəd olan bu gəminin "Floating Storage and Regasification Unit" (FSRU) adlanan gəmilərdən ilin 9-10 ayı istifadə etmək mümkündür.

Ümumi tutumu 0,5-1 mlrd. kubmetr arasında dəyişən FSRU-nun kirayələmə dəyəri həcmdən asılı olaraq dəyişir.

Məlumata görə, investorlar bu məsələdə maraqlıdırlar və sadəcə olaraq hökumətin qərarını gözləyir.

Ekspertlər hesab edirlər ki, Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) işə düşənədək bu gəmiləri kirayələrsə, ölkənin qaz təhlükəsizliyini təmin edə bilər.

Son xəbərlər

Orphus sistemi