Yuxarı

​Türkiyə səfiri: Ukrayna TANAP-a qoşula bilər

Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin ortaq layihəsi olan TANAP-ın inşası 2019-cu ildə başa çatacaq

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində yer alıb və Ukrayna da bu layihədə iştirak edə bilər. “Report” xəbər veri ki, bunu Kiyevdə keçirilən “Capturing new markets” adlı forumda çıxış edən Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezel deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin ortaq layihəsi olan TANAP-ın inşası 2019-cu ildə başa çatacaq.

Y.C.Tezel, həmçinin Ukrayna hökuməti enerji sektorunda daha təsirli mövqedə olduğunu da xatırladıb:

“Bu il yanvarın 1-dən Rusiya Türkiyə mallarına embarqo qoydu, amma bu Türkiyə-Ukrayna münasibətlərinə təsir etmədi. Türk Hava Yolları Ukrayna şəhərlərinə olan uçuşları iki dəfə artırıb. Hətta sabahdan (red. Bu gün) etibarən İstanbul – İvano – Frankovsk reysi fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Ukraynanın təbii qaz ehtiyacının böyük bir hissəsi Rusiya hesabına ödənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi