Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb, İran və Azərbaycandan tədarükü artırıb

Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb, İran və Azərbaycandan tədarükü artırıb Türkiyə iyulda Rusiyadan təbii qaz idxalını 37,2 % azaldıb, İran və Azərbaycandan isə tədarükləri artırıb.
Energetika
6 Oktyabr , 2022 11:58
Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb, İran və Azərbaycandan tədarükü artırıb

Türkiyə iyulda Rusiyadan təbii qaz idxalını 37,2 % azaldıb, İran və Azərbaycandan isə tədarükü artırıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında deyilir.

“2022-ci ilin iyulunda Türkiyəyə təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % azalaraq, təxminən, 3 milyard 411 milyon kubmetr təşkil edib”, - qurum bildirib.

Hesabatda göstərilib ki, iyulda Türkiyə ən çox təbii qazı Rusiyadan alıb - 1 milyard 448 milyon kubmetr: “Sonrakı yerləri İran - 870 milyon kubmetr, Azərbaycan - 710 milyon kubmetr tutur. Amma bu dövrdə Rusiyadan təbii qaz idxalı 37,2 % azalıb, İran və Azərbaycandan isə müvafiq olaraq 37,5 % və 31,5 % artıb”.

Son xəbərlər

Orphus sistemi