Türkiyə prezidenti: "TANAP bizlər və Azərbaycan üçün həyati layihədir”

Türkiyə prezidenti: "TANAP bizlər və Azərbaycan üçün həyati layihədir” Bakı. 10 iyul. REPORT.AZ/ “TANAP bizlər, Azərbaycan üçün həyati bir layihədir”
Energetika
10 İyul , 2018 17:35
Türkiyə prezidenti: TANAP bizlər və Azərbaycan üçün həyati layihədir”
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ “TANAP bizlər, Azərbaycan üçün həyati bir layihədir”

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Azərbaycanla enerji nöqtəsində əlaqələrimiz çox böyük əhəmiyyət daşıyır. Bu layihə, sadəcə, Azərbaycan və Türkiyə deyil, həm də Azərbaycan-Avropa ilə əlaqələrin qurulması üçün də böyük əhəmiyyət daşıyır. Bu layihə bizi çox ciddi maraqlandırır. TANAP qardaşlığımızın təzahürü olmaqla yanaşı, həm də strateji bir investisiyadır. Əskişehirdə atdığmız addım (TANAP-ın açılış mərasimi- REP.) çox böyük həyati addımdır", - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın Əliağadakı (İzmir) investisiyalarından da danışaraq qeyd edib ki, bu sərmayələr hər cür təqdirə layiqdir: “Bu investisiyalar ilk atıldığı gün deyil, hər gün daha da inkişaf edərək böyüyən investisiya olaraq özünü göstərir. Həyata keçirilməkdə olan bəzi investisiyaların payızda açılışı olacaq”.

Qeyd edək ki, Əliağada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən STAR Neft Emalı Zavodu, Petlim konteyner limanı, Petkim Külək Elektrik Stansiyası layihələri həyata keçirilir. Hazırda inşası davam etdirilən STAR zavodunun bu ilin payızında istismara verilməsi gözlənilir.  Artıq Petlim və Külək Elektrik Stansiyası layihələri istismardadır.

SOCAR həmçinin "Petkim" neft-kimya kompleksinin əsas səhmdarıdır. Gələcəkdə daha bir neft-kimya kompleksinin inşası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi