Türkiyə neft tələbatının 93%-ni idxal hesabına ödəyir

Türkiyə neft tələbatının 93%-ni idxal hesabına ödəyir Ötən il Rusiyaya ən çox neft və neft məhsulları ixrac edən İraq, Rusiya və İran olub
Energetika
23 İyun , 2016 15:00
Türkiyə neft tələbatının 93%-ni idxal hesabına ödəyir

Bakı. 23 iyun. REPORT.AZ/ Ötən ilin yekunlarına görə, Rusiya Türkiyəyə daha çox neft və neft məhsulları ixrac edən ikinci ölkə olub. 

"Report"un  İRNA agentliyinə istinadən verdiyi xəbərə əsasən, Rusiya 2015-ci ildə Türkiyəyə 7 mln. ton neft və neft məhsulları ixrac edib və bunun 3 mln. tondan çoxunu neft, 2,6 mln. tonunu dizel və 1,2 mln. tondan çoxunu digər neft məhsulları təşkil edib.

Hesabat ilində Türkiyə ən çox nefti (11,4 mln. ton) İraqdan alıb, üçüncü ölkə isə İran (5,6 mln. ton) olub. Ümumilikdə, Türkiyəyə neft və neft məhsulları ümumi idxalı 39 mln. ton təşkil edib ki, bunun da 25 mln. tonu neft olub.

Qeyd edək ki, Türkiyə neftə olan tələbartının 93%-ni, qaz tələbatının isə demək olar tam həcmdə idxal hesabına ödəyir.

Son xəbərlər

Orphus sistemi