Türkiyə neft tələbatının 93%-ni idxal hesabına ödəyir
Energetika
- 23 iyun, 2016
- 11:00
Bakı. 23 iyun. REPORT.AZ/ Ötən ilin yekunlarına görə, Rusiya Türkiyəyə daha çox neft və neft məhsulları ixrac edən ikinci ölkə olub.
"Report"un İRNA agentliyinə istinadən verdiyi xəbərə əsasən, Rusiya 2015-ci ildə Türkiyəyə 7 mln. ton neft və neft məhsulları ixrac edib və bunun 3 mln. tondan çoxunu neft, 2,6 mln. tonunu dizel və 1,2 mln. tondan çoxunu digər neft məhsulları təşkil edib.
Hesabat ilində Türkiyə ən çox nefti (11,4 mln. ton) İraqdan alıb, üçüncü ölkə isə İran (5,6 mln. ton) olub. Ümumilikdə, Türkiyəyə neft və neft məhsulları ümumi idxalı 39 mln. ton təşkil edib ki, bunun da 25 mln. tonu neft olub.
Qeyd edək ki, Türkiyə neftə olan tələbartının 93%-ni, qaz tələbatının isə demək olar tam həcmdə idxal hesabına ödəyir.
Son xəbərlər
01:39
Tramp administrasiyada kütləvi əfvləri istisna etməyib
Digər ölkələr01:11
Qərbi Azərbaycan Xronikası: "Sultan Səlimin qoşunları Kiçik Vedidə düşərgə salıb"
Daxili siyasət00:43
KİV: İslamabad danışıqlarında uranın zənginləşdirilməsi müzakirə olunacaq
Region00:10
KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər
Digər ölkələr23:56
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Region23:42
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Digər ölkələr23:25
"Reuters": İran danışıqlarda əsas müzakirəçi kimi Vensə bel bağlayır
Region23:18
Şahbaz Şərif: ABŞ və İranın nümayəndə heyətləri şənbə günü Pakistanda olacaqlar
Digər ölkələr23:07