Türkiyə Misirlə daimi qaz tədarükü ilə bağlı müqavilə imzalamaq istəyir
Energetika
- 13 aprel, 2023
- 17:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ankaran Misir qazının tədarükü ilə bağlı orta və ya uzunmüddətli müqavilə imzalamaqda maraqlıdır.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya rəsmi səfərə gələn Misirin xarici işlər naziri Sami Şükri ilə keçirdiyi mətbuat konfransında deyib.
"Biz həm öz ehtiyaclarımız üçün, həm də digər ölkələrə ixrac üçün Misirdən və hətta ABŞ-dan maye qaz idxal edirik", - Çavuşoğlu qeyd edib.
Şükri öz növbəsində, Qahirənin ümumən Ankara ilə enerji sektorunda əməkdaşlıqda maraqlı olduğunu, lakin xüsusilə Türkiyənin yardımı ilə bərpa olunan enerjini inkişaf etdirmək istədiyini vurğulayıb.
Son xəbərlər
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region
06:19
"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
Sağlamlıq
05:55
NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb
Digər ölkələr
05:30
Litvada naməlum obyektə görə iki hava limanının işi məhdudlaşdırılıb
Digər ölkələr
04:51
ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb
Digər ölkələr
04:20
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Digər ölkələr
04:06
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
Digər ölkələr
03:42
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Digər ölkələr
03:21
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
Region