Türkiyə Kipr sahillərində kəşfiyyat qazma işlərinə başlayıb

Türkiyə Kipr sahillərində kəşfiyyat qazma işlərinə başlayıb Türkiyə Avropa İttifaqı tərəfindən sanksiya bəyanatlarına baxmayaraq, Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində karbohidrogenlərlə bağlı kəşfiyyat qazma işləri üçün çalışmalarına başlayıb.
Energetika
15 Noyabr , 2019 17:27
Türkiyə Kipr sahillərində kəşfiyyat qazma işlərinə başlayıb

Türkiyə Avropa İttifaqı tərəfindən sanksiya bəyanatlarına baxmayaraq, Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində karbohidrogenlərlə bağlı kəşfiyyat qazma işləri üçün çalışmalarına başlayıb.

“Report” AA-ya istinadən xəbər verir ki, ŞKTR-in 36-cı ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə nitq söyləyən Türkiyənin vitse-prezidenti Fuat Oktay sözügedən məsələyə də toxunaraq Aralıq dənizinin şərqindəki enerji mənbələrinin Kipr adasına sülh və sabitliyin bərqərar edilməsi üçün alət olaraq istifadə olunmasına tərəfdar olduqlarını xatırladıb:

“Aralıq dənizinin şərqində “Fatih” kəşfiyyat gəmimiz ökəmizin şelfindəki tapşırıqları başa vurduqdan sonra dünən Karpaz burnunun cənubunda yeni fəaliyyətə başlayıb. “Barbaros Xeyrəddin paşa” seysmik tədqiqat gəmimiz isə ŞKTR-in “Türk Petrolları”na icazə verdiyi ərazilərdə fəaliyyətini davam etdirir. Aralıq dənizinin şərqindəki kəşfiyyat fəaliyyətlərimizi bəhanə edərək Aİ-nin xarici işlər nazirləri tərəfindən təsdiqlənən sanksiya qərarının heç bir hökmü yoxdur”.

Qeyd edək ki, Aİ tərəfindən təsdiq edilən çərçivə sənədinə görə, Aralıq dənizinin şərqində karbohidrogen yataqlarına dair icazəsiz qazma işləri aparan hüquqi və fiziki şəxslərə məhdudlaşdırıcı tədbirlər görməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi