Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 6 %-dən çox artıb

Energetika
  • 22 iyul, 2023
  • 06:24
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun ayları ərzində Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 113.773 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə 6,656 milyon barel və yaxud 6,2 % çoxdur.

Bu ilin iyun ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,658 milyon barel neft nəql edilib. Məlumata görə, bu, 2022-ci ilin iyun ayı ilə müqayisədə 1 milyon 993 min barel və yaxud 11,3 % çoxdur.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti