Türkiyə ərazisi ilə mayda nəql edilən BTC neftinin həcmi 27 %-dək artıb

Energetika
  • 24 iyun, 2022
  • 07:38
Türkiyə ərazisi ilə mayda nəql edilən BTC neftinin həcmi 27 %-dək artıb

Bu ilin may ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 19,739 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 4,159 milyon barel və yaxud 26,7 % çoxdur.

Bu ilin yanvar-may aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 89,452 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,267 milyon barel və yaxud 6,25 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti