Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 945 mln. kubmetr təbii qaz idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bu göstərici ötən ilin müvafiq ayından 16,9% çoxdur.
Türkiyənin ümumi qaz idxalında Azərbaycanın payı 15,78% təşkil edib.
Hesabat dövründə Türkiyə ümumilikdə 5,988 mlrd. kubmetr qaz idxal edib. Bu həcmin 3,859 mlrd. kubmetri boru kəmərləri ilə nəql edilən qaz, 2,129 mlrd. kubmetri isə LNG qazı olub.
İlin I ayında Türkiyə Rusiyadan 2,210 mlrd. kubmetr, İrandan isə 704 mln. kubmetr qaz alıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri