Türkiyə Azərbaycandan elektrik enerjisi idxalına görə TOP 3-ə daxildir

Energetika
  • 24 iyun, 2024
  • 13:15
Türkiyə Azərbaycandan elektrik enerjisi idxalına görə TOP 3-ə daxildir

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 394 milyon 772,81 min kilovat/saat elektrik enerjisi ixrac edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə elektrik enerjisi tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,5 % azalıb.

Dəyər ifadəsində Türkiyəyə elektrik enerjisi tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 88,9 % azalaraq 25 milyon 142,82 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan elektrik enerjisi axınının ümumi həcmində Türkiyənin payı 46,1 % təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan elektrik enerjisi ixracının ümumi həcmi 47 milyon 640,25 min ABŞ dolları (84,8 % az) dəyərində 856 milyon 185,78 min kilovat/saat (69,4 % az) təşkil edib. Eyni zamanda 4 ölkəyə elektrik enerjisinin tədarükü həyata keçirilib: Gürcüstan, İran, Türkiyə və Rusiya. TOP 3-ə Türkiyə (II yer), Gürcüstan və Rusiya daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti