Türkiyə Azərbaycana qaz sayğaclarının ixracını kəskin artırıb

Energetika
  • 20 mart, 2022
  • 09:47
Türkiyə Azərbaycana qaz sayğaclarının ixracını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 1,250 milyon ABŞ dolları dəyərində 17 min 568 ədəd qaz sayğacı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 71,4 %, kəmiyyət olaraq – 84,4 % azalıb.

Hesabat dövründə Azərbaycan Çindən 1,145 milyon ABŞ dolları dəyərində 15 min 392 ədəd, Türkiyədən 90,41 min ABŞ dolları dəyərində 2 min 122 ədəd, Slovakiyadan 11,71 min ABŞ dolları dəyərində 40 ədəd, Almaniyadan 2,19 min ABŞ dolları dəyərində 14 ədəd sayğac alıb.

2021-ci ilin ilk ayı ilə müqayisədə Çindən tədarük müvafiq olaraq 73,5 % və 86,4 % azalıb, Türkiyədən – 3,3 dəfə və 48 dəfə artıb, Slovakiyadan – 9,3 % azalıb və 2 dəfə artıb, Almaniyadan – 38,3 % azalıb və 7 dəfə artıb.

44 - Tezliklə