“Türk axını” bir həftəlik profilaktik təmirə dayandırılır

“Türk axını” bir həftəlik profilaktik təmirə dayandırılır Bu gündən Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəməri sistemində planlı profilaktik təmirə başlayacaq.
Energetika
5 İyun , 2023 10:44
“Türk axını” bir həftəlik profilaktik təmirə dayandırılır

Bu gündən Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəməri sistemində planlı profilaktik təmirə başlayacaq.

“Report”un “İnterfax”a istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un yaydığı məlumatda deyilir.

Şirkətin məlumatında deyilir ki, iyunun 5-dən 12-dək "Türk axını" qaz kəmərinə planlı illik texniki xidmət göstəriləcək: “Bu müddət ərzində qaz kəmərinin hər iki xətti üzrə qaz nəqli dayandırılacaq. Planlı texniki xidmət bütün maraqlı tərəflərlə əvvəlcədən razılaşdırılıb”.

Xatırladaq ki, 2022-ci ildə magistral xəttin planlı təmiri də iyun ayında (21-dən 28-dək) ​​həyata keçirilib.

Qeyd edək ki, “Türk axını” Rusiyadan Türkiyəyə Qara dənizdən keçən ixrac qaz kəməridir. Layihənin illik gücü 31,5 milyard kubmetr qaz təşkil edir. Türkiyə ərazisindən tranzitlə Türkiyə və Cənubi, həmçinin Cənub-Şərqi Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub.

Magistral xətt hər biri 15,75 milyard kubmetrə qədər qaz nəql etmək gücündə olan iki xətdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi