Yuxarı
    Bağlamaq

    "Türk axını" 2020-ci ilədək işə düşəcək

    Qaz kəmərinin türk istehlakçılarının tələbatını təmin edəcək ilk xətti 2019-cu ilin sonuna inşa olunacaq

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak elan edib ki, Rusiya və Türkiyə "Türk axını" layihəsinin qısa müddətdə reallaşmasına imkan verəcək vahid razılığın imzalanmasının bir neçə addımlığındadır.

    "Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

    "Biz türk tərəfdaşlarımızla bu layihənin reallaşdırılması üçün konkret addımları müzakirə edirik. "Yol xəritəsi" hazırlanıb, xüsusi işçi qrupu yaradılıb, qarşılıqlı hökumətlərarası razılaşma layihəsi hazırlanıb", - deyə A.Novak qeyd edib.

    Əgər işlər maneəsiz davam edərsə, qaz kəmərinin türk istehlakçılarının tələbatını təmin edəcək ilk xətti 2019-cu ilin sonuna inşa olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi