Vladimir Yakuşev: "Azərbaycan bazarında genişlənmək istəyirik"

Vladimir Yakuşev: "Azərbaycan bazarında genişlənmək istəyirik" Tümenin qubernatoru Vladimir Yakuşev: "Bizim məhsullar Azərbaycan bazarına da tanışdır"
Energetika
2 Noyabr , 2016 16:00
Vladimir Yakuşev: Azərbaycan bazarında genişlənmək istəyirik

Bakı. 2 noyabr. REPORT.AZ/ Ötən gün Azərbayan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi ilə görüşdə əsasən Tümen vilayətinin ərazisindəki maşınqayırma kompleksi ilə əməkdaşlıq imkanları müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə "Caspian European Club"un (Сaspian Business Club) təşkil etdiyi biznes forumda Rusiya Federasiyası Tümen regionunun qubernatoru Vladimir Yakuşev bildirib.

O qeyd edib ki, Tümen müəssisələri Rusiyanın neft şirkətləri ilə aktiv əməkdaşlıq edir: "Bizim məhsullar Azərbaycan bazarına da tanışdır. Bu mövqeyimizi daha da genişləndirmək istəyərdik, bununla bağlı müzakirələr apardıq. Qeyd olundu ki, Tümen vilayətindən idxal olunan məhsullar kifayət qədər yaxşıdır və keyfiyyətlidir. Buna görə də Azərbaycan bazarında genişlənmək istəyirik".

Son xəbərlər

Orphus sistemi