Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Moskva ilə Ankara arasındakı əməkdaşlığa görə Avropa Birliyinə üzv dövlətlərlə əlaqələrə son verilməsinə dair deyilənlərin əsassız olduğunu söyləyib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir deyib: "Avropa Birliyinə siyasi səbəblərə görə üzv olmaya bilərik, ancaq enerji məsələsində qurumun 28 ölkəsinə yardım edən 3 dövlətdən biriyik".
"Biz enerjinin dinc məqsədlə istifadəsini istəyirik. Bunu üçün tutarlı bir siyasət yürüdürük. TANAP-ın 45 milyard dollarlıq maliyyə vəsaiti 4 ilə sinxron bir şəkildə ortaqlar arasında bərabər xərclənəcək", - o vurğulayıb.
T.Yıldız ləğv edilən "Cənub axını" layihəsi ilə bağlı isə bildirib ki, AB ölkələri ilə Rusiya arasında bağlanan bu yolu Türkiyə açdı: "Azərbaycanla həyata keçirilən TANAP layihəsinin inkişafı bu istiqamətdə yeni plandır.