Yuxarı

SOCAR-in idarəsində Beynəlxalq Enerji İdarəetmə sistemi üzrə kurs təşkil olunub

Elektrik təhlükəsizliyinin düzgün mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi də öyrədilib

Bakı. 5 mart. REPORT.AZ/ SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Azəriqaz” İstehsalat Birliyinin 23 mütəxəssisi üçün ISO 50001 “Beynəlxalq Enerji İdarəetmə sistemi” standartının tətbiqi üzrə kurs təşkil olunub. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 3-4 mart tarixlərində keçirilmiş kursda iştirakçılara sistemin mahiyyəti, üstünlükləri haqda məlumat verilib, standartın bütün maddələri və müəssisələrdə tətbiqi məsələləri tədris olunub.

Onlara həmçinin milli qanunvericilik aktlarına və normativ sənədlərə əsaslanaraq bu standartın tətbiqi müəssisələrdə enerjinin səmərəli istifadəsi, israfçılığın qarşısının alınması, ətraf mühitin qorunması, baş verə biləcək bədbəxt hadisələr zamanı görüləcək işlərin qiymətləndirilməsi, eləcə də enerji resurslarının və enerjidən istifadənin məhsuldarlığının artırılması, elektrik təhlükəsizliyinin düzgün mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi də öyrədilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi