"Zeta" qasırğası neftin bahalaşmasına səbəb oldu

"Zeta" qasırğası neftin bahalaşmasına səbəb oldu Meksika körfəzində tüğyan edən Zeta qasırğası üzündən hasilatın qismən dayandırılması bu gün keçirilən hərraclarda neft qiymətlərinin qalxmasına təkan verib.
Energetika
27 Oktyabr , 2020 15:42
Zeta qasırğası neftin bahalaşmasına səbəb oldu

Meksika körfəzində tüğyan edən "Zeta" qasırğası üzündən hasilatın qismən dayandırılması bu gün keçirilən hərraclarda neft qiymətlərinin qalxmasına təkan verib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:22-yə olan məlumata görə, “Brent” markalı neftə dair yanvar müqavilələri 1,05 faiz bahalaşaraq 41,24 ABŞ dollarından, dekabr müqavilələri də 0,99 faiz bahalaşaraq 40,86 ABŞ dollarından, WTI markalı neftə dair dekabr müqavilələri isə 1,12 faiz bahalaşaraq 38,99 ABŞ dollarından satılıb.

Belə ki, ABŞ Milli Qasırğalar Mərkəzi (NHC) tərəfindən "Zeta" tropik qasırğasının fırtına dərəcəsinədək güclənməsi barədə məlumat verib. BP, “Chevron”, “Equinor” kimi neft şirkətləri Meksika körfəzindəki qazma qurğularını təxliyə ediblər. Regionda neft hasilatının 16 faizinə yaxını dayandırılıb.

Bununla belə ekspertlərin qənaətincə, dünyada koronavirusun yayılması üzündən neft bazarına dair nikbin proqnoz vermək üçün tutarlı əsas yoxdur. Bir çox ölkələrdə gündəlik yoluxma sayının artması ilə bağlı yeni məhdudiyyətlərin tətbiqi iqtisadiyyatın dirçəlməsinə, neftə tələbatın bərpasına maneə yaradır.

“PVM Oil Associates”in eksperti Tamas Varqa bununla bağlı qeyd edib: “Cari vəziyyətdə “Zeta” qasırğası neft qiymətləri baxımdan bir az rahatlıq gətirsə də, bu, uzun çəkməyəcək. Belə ki, bazardakı əhvali-ruhiyyə son dərəcə tünddür”.

Son xəbərlər

Orphus sistemi