Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda ölkənin sahil rayonlarında neft və qaz hasilatına başlamağa imkan verən fərman imzalamaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, ABŞ prezidenti şelf zonasında qazma aparmaq mümkün olan ərazilərdə analiz aparmağı tapşıracaq.
Mənbənin məlumatına görə, D.Tramp kibertəhlükəsizlik, veteranlarla iş və kənd təsərrüfatı ilə bağlı fərman da imzalayacaq.