Yuxarı

TPAO-nun rəhbəri: "Türkiyə Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalır"

TPAO-nun rəhbəri: "Türkiyə Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalır"
Dinlə

© Report/ Firi Salim — TPAO şirkətinin baş direktoru və Direktorlar Şurasının sədri Melik Xan Bilgin

Bakı. 30 may. REPORT.AZ/ "Türkiyə Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalır".

"Report"un məlumatına görə, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Türk Petrolları Anonim Ortaklığı" (TPAO) şirkətinin baş direktoru və Direktorlar Şurasının sədri Melik Xan Bilgin deyib.

O xatırladıb ki, Azərbaycan son 20 ildə Türkiyə iqtisadiyyatına 14 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollar sərmayə qoyub. 

"Türkiyə Azərbaycanın regionda həyata keçirdiyi layihələrin aktiv iştirakçısı olub. Bunlardan biri Müasir İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsidir. Digər mühüm layihələr Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum  kəmərləri, eləcə də yaxın vaxtlarda istifadəyə veriləcək TANAP-dır. TPAO bu müstəvidə Azərbaycandakı neft şirkətləri ilə sıx əlaqədədir. Azərbaycan TPAO üçün də strateji ölkədir", - o bildirib. 

M.X.Bilgin əlavə edib ki, TPAO Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "Caspian Drilling Company" (CDC) ilə də əməkdaşlıq edir: "Əminik ki, bu əməkdaşlıq TPAO, SOCAR və CDC üçün unikal imkanlar açacaq".

STAR neft emalı zavodunun tikintisinə toxunan TPAO rəhbəri deyib ki, bu layihə qarşılıqlı etimadın nümunəsidir və Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi