Tovuzun ucqar dağ kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur

Tovuzun ucqar dağ kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Tovuzun ucqar dağ kəndləri olan Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Energetika
28 İyun , 2022 17:05
Tovuzun ucqar dağ kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur

“Azərişıq” ASC Tovuzun ucqar dağ kəndləri olan Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Məlumata görə, “Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.

Yenidənqurma işləri çərçivəsində 83 abonenti olan Qaradaş kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 13 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.

95 abonenti olan Tovuzun Səfərli kəndinin ərazisində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 17 km-dan çox 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Qaradaş və Səfərli kəndləri ilə yanaşı, rayonun Qandallar və Papaqçılar kəndlərində də işlər aparılır. 4 kənddə yenidənqurma yekunlaşdıqdan sonra ümumilikdə 359 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

Son xəbərlər

Orphus sistemi